Xəzər Xəbər

Keçən il ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

İqtisadiyyat | 21:38 • 16 Yanvar 2020
Keçən il ölkəyə gətirilən avtomobillərin sayı açıqlanıb

2019-cu ildə Azərbaycana idxal olunan avtomobillərin sayı 47 min 710 olub.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 547-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 43 min 156-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 3780-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 227-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Xəbər lenti