Xəzər Xəbər

Nazir müavini: "ƏDV-nin qaytarılması mexanizmi fevralın 1-dən istehlakçılara təqdim ediləcək"

İqtisadiyyat | 14:11 • 16 Yanvar 2020
Nazir müavini: "ƏDV-nin qaytarılması mexanizmi fevralın 1-dən istehlakçılara təqdim ediləcək"

"Azərbaycanda ƏDV-nin pərakəndə ticarət obyektləri tərəfindən qaytarılması mexanizmi tam olaraq bu ilin fevral ayının 1-dən istehlakçılara təqdim ediləcək".


Xezerxeber.az-ın məlumatına görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanın Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.


Onun sözlərinə görə, hazırda bu istiqamətdə texniki şərtlərin təsdiq edilməsi prosesi aparılır.

Xəbər lenti