Xəzər Xəbər

Bakıda qeyri-adi binanın tikilməsi – TƏKLİF OLUNUR

İqtisadiyyat | 13:06 • 13 Yanvar 2020
Bakıda qeyri-adi binanın tikilməsi

Bakı bulvarında yeni bir binanın inşası təklif olunur.

Gənc memar Ayaz Bağırov Azərbaycanın əsas rəmzlərindən biri Nar şəklində olan maraqlı bir layihə hazırlayıb.

Layihə aidiyyəti qurumlara göndərib və sosial şəbəkələrdə yayılıb.

Fotolardan görünür ki, memar Bakı bulvarının ərazisindəki Baku Cristal Hall yaxınlığında yer təklif edib. Binanın sahəsi 1 hektar, hündürlüyü 70 metr olacaq və 12 mərtəbədən ibarət olacadır. Layihəyə görə, səkkizgüşəli bina nar şəklində olacaq və tacına Gerb və Azərbaycan Respublikasının bayrağı şəklində səkkizgüşəli ulduz quraşdırılacaqdır. Layihə müvafiq qurruma baxılması üçün göndərilib.

Xatırladaq ki, 02.03.2019 tarixində Bakıda keçirilmiş "Azerbaijan Design Award" dizayn müsabiqəsində Ayaz Bağırovun "Bakı Mədəniyyət Mərkəzi" adlı layihəsi "Ən yaxşı İnteryer və Eksteryer" nominasiyasını qazanıb.

Məlumat üçün bildirək ki, müəllif İaz Akademiyası adından Bakıda və Moskvada "Bionik memarlıq və vizualizasiya" mövzusunda mühazirələr verir.

Fed.az

Xəbər lenti