Xəzər Xəbər

Ötən il Türkiyə ixracatdan son 18 ilin ən yüksək gəlirini əldə edib

İqtisadiyyat | 15:58 • 3 Yanvar 2020
Ötən il Türkiyə ixracatdan son 18 ilin ən yüksək gəlirini əldə edib

Türkiyənin ixracat gəliri 2019-cu ildə 180 milyard 468 milyon dollar təşkil edib ki, bu da son 18 ilin ən yüksək göstəricisidir.


Bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib.


Nazirin sözlərinə görə, 2019-cu ildə ölkədən ixrac olunan məhsullardan əldə edilən gəlir 2018-ci illə müqayisədə 2,04 faiz artıb.


Nazir 2019-cu ildə ölkə ixracatına 3,2 milyard lirə sərmayə qoyulduğunu, bu rəqəmin 2020-ci ildə 3,8 milyard lirəyədək artırılmasının planlaşdırıldığını qeyd edib.

Xəbər lenti