Xəzər Xəbər

Yeni il endirimlərində hansı geyimləri alaq? - FOTO

İqtisadiyyat | 16:56 • 31 Dekabr 2019
Yeni il endirimlərində

Yeni il tətilləri - bu, nəhayət bütün dostlarınızla görüşmək, səyahət etmək və əlbəttə ki, qarderobunuzu yeniləmək üçün əla fürsətdir.

Qarderob demişkən, geyim mağazalarının əksəriyyətində yeni il endirimləri "şopoqolik”ləri (red: geyim aludəçiləri) dəlicəsinə sevindirir desək, heç də yanılmarıq.

Bir neçə faydalı geyim əşyasını qış endirimləri zamanı almağı tövsiyə edirik:

Mütəxəssislər həmişə gələn mövsüm dəbdən düşməyəcək əsas və universal geyimləri almağı məsləhət görürlər.Tvid gödəkçəonlardan biridir. Bunu fərqli kombinlərlə uyğunlaşdıra bilərsiniz. Tvid gödəkçəni cins şalvarla üst hissəsi ofis üçün nəzərdə tutulan köynək, eləcə də sadə ipək əlbisə ilə geyinərək, nəfis obraz yarada bilərsiniz.

Deyirlər ki, "Yayın malını qışda al,qışın malını yayda”. Bu deyimi əldə bayraq tuturaq, qışda bir yay qarderobu hazırlaya bilərsiniz, xüsusilə bu vaxtdan etibarən satışda yalnız qış əşyaları deyil, həm də yayın qızmar çağında geyilə biləcək şeylər tapa bilərsiniz. Onlardan da bəlkədə birincisiyay əlbisələridir.

Qış endirimləri zamanı alınacaq daha bir geyim əşyası ilə bahar fəsli üçün nəzərdə tutulan"qısa botlar”,eyni zamanda"idman ayaqqabıları”dır.

Ev geyimlərinin seçimi bütün qadınları həyacanlandırır. Məşğuliyyətdən asılı olmayaraq, bütün qadınlar evdə cəlbedici görünmək istəyir.Evdə rahatlıqla geyinib, istifadə edə biləcəyimiz geyim isəpijamadır. Yeni il endirimlərində bu növ geyimlərin alması olduqca əlverişlidir.

İsti yun papaqlar qısa müddətdə daha yüngül baş geyimləri ilə əvəz ediləcək. Niyə dəbaş yaylığıilə əvəz etməyəsiz? Müxtəlif çalarlarda və printlərlə bəzədilmiş baş yaylıqları qış endirimlərində alacağınız aksesuarlardan olmalıdır.

oxu.az

Xəbər lenti