Xəzər Xəbər

Bir günlük istirahət 150-170 manat – Tətildə otel qiymətləri

İqtisadiyyat | 12:36 • 29 Dekabr 2019
Bir günlük istirahət 150-170 manat

Yeni ilin gəlişinə az vaxt qalıb. Bəs görəsən, vətəndaşlarımız bayramı keçimək üçün hara üz tuturlar?

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bu barədə Teleqraf.com-a danışıb.

Onun sözlərinə görə, vətəndaşların üz tutuduğu ölkələr sırasında İran, Rusiya, Gürcüstan və Türkiyə ilk pillələrdə qərarlaşıb: "Dəqiq statistika yanvar ayının ortasında bilinəcək. Ölkə daxilində istirahət üçün 4 əsas turizm dəhlizi var: Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə və Bakı-Cənub istiqaməti. Eyni zamanda Naxçıvan da buraya daxildir”.

Kənan Quluzadə bildirib ki, bayram və tətil günləri arasında qiymətlər dəyişir: "Ölkə daxilindəki otellərdən aldığımız məlumata görə, tətil zamanı bir günlük iki nəfərlik istirahət 150-170 manatdan başlayır. Regiondakı otellərdə yerlərin 80 faizdən çoxu dolub. İstirahətə gələnlər arasında yerli əhali üstünlük təşkil edir. Xaricdən turistlər arasında MDB və Rusiya, Yaxın Şərq, Türkiyə, Avropa, Orta və Cənubi Asiya regionlarından gələnlər çoxdur”.

Xəbər lenti