Xəzər Xəbər

"Bakı Metropoliteni" gücləndirilmiş iş rejimində çalışacaq

İqtisadiyyat | 11:11 • 26 Dekabr 2019
"Bakı Metropoliteni" gücləndirilmiş iş rejimində çalışacaq

Bayram günlərində "Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.


Bakı Metropoliteni” QSC-dən xezerxeber.az-a verilən məlumata görə, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq.


"Bundan savayı, dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, sərnişinlər üçün metropolitenə giriş saat 01:00-dək açıq olacaq”, - deyə QSC-dən bildirilib.

Xəbər lenti