Xəzər Xəbər

Bakı-Gəncə istiqaməti üzrə əlavə qatar təyin edilib

İqtisadiyyat | 10:26 • 26 Dekabr 2019
Bakı-Gəncə istiqaməti üzrə əlavə qatar təyin edilib

Bakı-Gəncə-Bakı istiqaməti üzrə reyslərə əlavə qatar təyin edilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətindən məlumat veriblər. Qeyd olunub ki, qurum Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə əlaqədar, Bakı-Gəncə istiqamətində əlavə daha bir qatar təyin edib:

"Belə ki, Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə dekabrın 30-da Bakıdan saat 8:00-da yola düşəcək qatar, saat 11:45-də Gəncəyə çatacaq. Gəncədən isə saat 16:00-da Bakıya yola düşəcək və saat 19:45-də paytaxta olacaq".

Xəbər lenti