Xəzər Xəbər

Antipinsk Neft Emalı Zavodu LUKOIL-un maraq dairəsində deyil

İqtisadiyyat | 16:57 • 25 Dekabr 2019
Antipinsk Neft Emalı Zavodu

LUKOIL Rusiyada neft emalı sahəsində yeni aktivlər əldə etmək niyyətində deyil.

Bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov "Kommersant”a müsahibəsində Antipinsk Neft Emalı Zavodu ilə maraqlanıb-maraqlanmaması barədə sualı cavablandırarkən bildirib.

"Rusiyada neft emalının artırılmasında maraqlı deyilik. Bizim üçün ən başlıcası öz zavodlarımızı ideal səviyyəyə çatdırmaqdır”, – deyə o bildirib. O, həmçinin şirkətin Rusiyada yalnız geoloji kəşfiyyat lisenziyaları almağa hazır olduğunu, almaq üçün hazır aktivlər görmədiyini qeyd edib. Oktyabr ayının sonunda şirkət Orenburq vilayətində 6,2 milyard rubla dörd sahə alıb.

Noyabrın 26-da "Kommersant” yazmışdı ki, neft emalı zavodunun əsas sahibləri LUKOIL-un keçmiş top meneceri Vladimir Subbotin və Rusiya prezidenti Vladimir Putinin kurs yoldaşı, eləcə də əvvəllər Azərbaycanda LUKOIL-un strukturunda işləmiş İlham Rəhimov ola bilər./publika.az

Xəbər lenti

Çox oxunanlar