Xəzər Xəbər

AQTA ixrac olunan məhsullara sağlamlıq sertifikatının verilməsi ilə bağlı Avropa İttifaqı ilə razılıq əldə edib

İqtisadiyyat | 11:46 • 25 Dekabr 2019
AQTA ixrac olunan məhsullara sağlamlıq sertifikatının verilməsi ilə bağlı Avropa İttifaqı ilə razılıq əldə edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ixrac olunan məhsullara sağlamlıq sertifikatının verilməsi ilə bağlı Avropa İttifaqı ilə razılıq əldə edib.


Bunu jurnalistlərə açıqlamasında AQTA sədrinin müşaviri Elxan Mikayılov deyib.


Onun sözlərinə görə, Azərbaycandan ixrac olunan, xüsusilə bitki və heyvan mənşəlli məhsullara veriləcək sağlamlıq sertifikatı Avropa İttifaqı tərəfindən tanınır.


"Burada həm məhsulların qida təhlükəsizliyi, həm də heyvan mənşəlli məhsullar olduqda onun baytarlıq tələblərinin uyğunluğu təsdiq ediləcək. Bu isə sahibkarlara artıq iki sertifikat almaq əvəzinə, bir sertifikat almağa, həmçinin daha az dövlət rüsumu ödəməyə və kiçik maliyyə cəlb etməklə Avropa İttifaqı ölkələrinə ixrac etməyə imkan yaradacaq", - deyə E. Mikayılov qeyd edib. (APA)

Xəbər lenti