Xəzər Xəbər

Kərə yağı idxalı artıb

İqtisadiyyat | 13:55 • 23 Dekabr 2019
Kərə yağı idxalı artıb

Bu ilin 11 ayında ölkəyə 12,4 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Xezerxeber.az Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağlar dəyəri 63,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ölkəyə 62 milyon dollarlıq 10,6 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Xəbər lenti