Xəzər Xəbər

Bu prospektdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq

İqtisadiyyat | 10:31 • 23 Dekabr 2019
Bu prospektdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq

Nobel prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Nobel prospektinin Ağ Şəhərin qarşısından keçən hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.


Buna görə də sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti

Çox oxunanlar