Xəzər Xəbər

Bütün seçki məntəqələri dayanıqlı elektrik enerjisi ilə təchiz ediləcək

İqtisadiyyat | 11:52 • 22 Dekabr 2019
Bütün seçki məntəqələri dayanıqlı elektrik enerjisi ilə təchiz ediləcək

"Azərişıq" ASC dekabr ayının 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. Onun sözlərinə görə, artıq bununla əlaqədar texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb.

Əlaqədar yarımstansiyalar və transformator məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçinin secki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq.

Xəbər lenti