Xəzər Xəbər

Asiya İnkişaf Bankı Özbəkistana 500 milyon dollar ayırıb

İqtisadiyyat | 09:27 • 14 Dekabr 2019
Asiya İnkişaf Bankı Özbəkistana 500 milyon dollar ayırıb

Asiya İnkişaf Bankı Özbəkistanda həyata keçiriləcək layihələrə 500 milyon dollar ayırıb.


Bununla bağlı Daşkənddə Özbəkistanın Maliyyə Nazirliyi, Fransa İnkişaf Agentliyi (FİA) və Asiya İnkişaf Bankı arasında saziş imzalanıb.


Sənədə görə, bu vəsaitin 200 milyonu ipoteka bazarının inkişafına, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə sərf olunacaq. Bu pulun 300 milyonu isə Özbəkistanın regionlarında mənzilə ehtiyacı olanlar üçün evlərin tikilməsinə xərclənəcək. FİA isə bu məqsədlə həyata keçiriləcək layihələrə 50 milyon avro ayırıb.

Xəbər lenti