Xəzər Xəbər

Külli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb - FOTO

İqtisadiyyat | 12:07 • 13 Dekabr 2019
Külli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb -

Külli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsindən bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkəmizin gömrük ərazisinə qanunsuz yolla külli miqdarda pirotexniki vasitənin gətirilməsi barədə məlumat daxil olub. Həmin pirotexniki vasitənin Azərbaycan vətəndaşı İlqar Məmmədov tərəfindən əldə edilməsi, Bakı şəhərinin Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən "Yeni Ev” MTK yaşayış kompleksinə aid yeraltı avtomobil dayanacağında saxlanılması və daşınması bildirilib. Bu məlumat əsasında əməliyyat qrupu yaradılıb və sözügedən ünvandakı yeraltı avtomobil dayanacağına baxış keçirilib. Baxış zamanı, dayanacaqda "Toyota Land Cruiser” markalı, 90-LS-860 nömrə nişanlı minik avtomobilinin durduğu və İ.Məmmədovun 1 ədəd bağlamada olan pirotexniki məmulatı həmin nəqliyyat vasitəsinə yüklədiyi müəyyən edilib. Daha sonra avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin arxa yük yerində olan 1 ədəd bağlamada 144 ədəd "8 Shots color shots” markalı pirotexniki vasitə aşkar edilib. Dayanacaqda olan qutularda isə ümumilikdə 114 min 789 ədəd müxtəlif markalı pirotexniki vasitə aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti