Xəzər Xəbər

İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb

İqtisadiyyat | 13:04 • 10 Dekabr 2019
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb

İran qonşu ölkələrlə əlaqələrin inkişafına və elektrik enerjisi mübadiləsinin həyata keçirilməsinə diqqətlə yanaşır.


AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Energetika naziri Rza Ərdakanian Tehranda keçirilən 34-cü Beynəlxalq Enerji Mübadiləsi konfransında deyib. Nazir bildirib ki, İran ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi enerji sahəsində də yaxşı əlaqələr qurulub.


Onun sözlərinə görə, Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək və əməkdaşlığı davam etdirmək üçün proqram hazırlanıb. Bu proqrama əsasən, Azərbaycan vasitəsilə həm də Rusiya ilə enerji mübadiləsi aparılacaq.

Xəbər lenti