Xəzər Xəbər

Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb

İqtisadiyyat | 10:08 • 8 Dekabr 2019
Azərbaycanda səs-küyün, titrəyişin çox olduğu şəraitdə işləyənlərin sayı çoxalıb

Azərbaycanda sənayedə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin sayı azalıb.


2016-cı ildə Azərbaycanda sənaye sahəsi üzrə 20 158 nəfər, 2017-cı ildə isə 21 042 nəfər, 2018-ci ildə 18902 sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.


2016-cı ildə ölkədə 4215 nəfər tikinti sahəsi üzrə, 7913 nəfər nəqliyyat və anbar təsərrüfatı, 517 nəfər informasiya və rabitə, 2017-cı ildə isə Azərbaycanda sənaye sahəsi üzrə 21 042 nəfər, tikinti sahəsi üzrə 2173, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 8339 nəfər, informasiya və rabitə sahəsi üzrə isə 464 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.


2018-ci ildə Azərbaycanda 1282 nəfər tikinti sahəsi üzrə, 5152 nəfər nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə, 462 nəfər informasiya və rabitə sahəsi üzrə sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə çalışıb.


Sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin çoxu kişilərdir.


Azərbaycanda sənaye sahəsində səs-küyün və titrəyişin çox olduğu şəraitdə çalışanların sayı isə artıb.


Ötən il sənaye sahəsində sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin 7230-u (2017-ci ildə 6438) səs-küyün çox olduğu şəraitdə, 2866-ı (2017-ci ildə 1816) titrəyişin çox olduğu şəraitdə şəraitdə çalışıb.


Keçən il 7620 nəfər əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində, 4884 nəfər zərərli kimyəvi maddələrin normadan artıq olduğu iş şəraitində, 5616 nəfər istehsalat tozunun normadan artıq olduğu iş şəraitində işləyib. (Trend)

Xəbər lenti