Xəzər Xəbər

Yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq

İqtisadiyyat | 17:08 • 4 Dekabr 2019
Yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq

2020-ci ildə Xınalıqda və digər vacib turizm məkanlarında müxtəlif inşaat layihələrinin də icrasına başlamaq fikrindəyik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq.

F.Zenqstşmit qeyd edib ki, turizmin təcrübəsi, məhsulun inkişafı və irs olan resurslardan istifadə çox vacibdir:

"Ölkə boyunca yeni mədəni irs marşrutları nəzərdən keçirilir. Məsələn, Şəkidə hər zaman turizm sahələrində sağ və ya sol istiqamətə dönmək sahəsində müəyyən çətinliklər çəkirik. Belə ki, regionlarda turistlərə kömək etmək üçün işarələr, hansısa istiqaməti göstərən tabloların olması bu xüsusi marşrut sahəsinin inkişafına kömək edəcək və turistlər regionlara səfər etdikdə müsbət təcrübələr əldə edə biləcəklər".


Xəbər lenti