Xəzər Xəbər

Rusiya, Türkiyə və Çin dollardan belə xilas olur

İqtisadiyyat | 13:18 • 8 Noyabr 2019
Rusiya, Türkiyə və Çin dollardan belə xilas olur

Rusiya, Çin və Türkiyə dollar asılılığında xilas olmaq üçün aktiv şəkildə qızıl alır.

Bu barədə alman nəşri "Nyu Zurçer Zeytunq” qəzeti yazır.

Bildirilib ki, Moskva bununla özünü yeni sanksiyalardan qorumağa, Ankara inflasiya problemini həll etməyə, Pekin isə yuanı dünya valyutasına çevirməyə çalışır:

"Bu ölkələr geniş yayılmış dollardan qorxur. Bu valyutadan demək olar ki, beynəlxalq əməliyyatların 90 faizində istifadə edilir. Dünya borcunun 3-də 2-si dollarladır. Həmçinin, dolların qlobal bazarda hakimiyyəti sadalanan ölkələrin iqtisadiyyatlarını ABŞ-ın sanksiyaları qarşısında həssaslaşdırır. Vaşinqton dollarla işləyən istənilən müəssisəni və ya bankı blok edə bilər”./axar.az

Xəbər lenti