Xəzər Xəbər

Avropadan ABŞ-a zərbə: “Visa” və “MasterCard”dan imtina edilir

İqtisadiyyat | 15:51 • 6 Noyabr 2019
Avropadan ABŞ-a zərbə:

Avropa bankları mərkəzi ofisləri Birləşmiş Ştatlarda yerləşən "Visa” və "MasterCard” kartlarından imtina etməyə hazırlaşır.

Bu barədə AFP məlumat yayıb.

Bildilir ki, Avropanın 20-ə yaxın bankı imtina ediləcək kartların əvəzinə PEPSI (Pan-European Payment System Initiative) ödəmə sistemini işə salacaq.


Bu sistemdən isifadə edəcək şəxslər bütün növ ödənişləri reallaşdıra biləcək.

Qeyd edək ki, "Visa” və "MasterCard”dan imtina təşəbbüsünü Fransa və Almaniya bankları irəli sürüb.

BAKU.WS

Xəbər lenti