Azərbaycanda qızıl və gümüş bahalaşıb.
XəzərXəbər məlumat verir ki, noyabrın 4-də qızılın qiyməti noyabrın 1-i ilə müqayisədə 2,0315 manat artaraq 1 unsiya üçün 2570,1365 manat təşkil edib.
Gümüş 0,1115 manat bahalaşaraq 1 unsiya üçün 30,7965 manata bərabər olub.
Platinin qiyməti 36,4225 manat artaraq 1620,2275 manat, palladiumun qiyməti 28,7045 manat artaraq 3084,6415 manat təşkil edib.
Ad | 04.11.2019 | 01.11.2019 | |
Qızıl | XAU | 2570,1365 | 2568,105 |
Gümüş | XAG | 30,7965 | 30,685 |
Platin | XPT | 1620,2275 | 1583,805 |
Palladium | XPD | 3084,6415 | 3055,937 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.