Xəzər Xəbər

Bakıda sərnişin avtobuslarının hərəkətində çətinlik yaranıb

İqtisadiyyat | 11:09 • 1 Noyabr 2019
Bakıda sərnişin avtobuslarının hərəkətində çətinlik yaranıb

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın Səbail rayonunun "20-ci sahə" adlanan ərazisində hərəkət edən avtobusların gecikməsinə münasibət bildirib.

Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılmaması sonda məhz bu cür çətinliklərə səbəb olur: "Mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz çəkir. Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amartizasiya xərclərinin artmasına gətirib çıxarır.

Şəhər mərkəzindən "20-ci sahə” adlanan əraziyə gedən yolda olduğu kimi yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də BakuBus MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var".

Xəbər lenti