Xəzər Xəbər

Artıq dünyanın ən zəngin adamı deyil Bir gündə milyardları itirdi

İqtisadiyyat | 10:07 • 26 Oktyabr 2019
Artıq dünyanın ən zəngin adamı deyil

Dünyanın ən zəngin adamı sayılan "Amazon” şirkətinin rəhbəri Ceff Bezos mövqeyini itirib.

Onun yerini "Microsoft” şirkətinin qurucusu Bill Qeyts tutub.

"Amazon”un səhmləri dəyərini bir gün ərzində 8,1 faiz itirib. Şirkətin səhmləri hazırda 1,637 dollardan satılır. "Bloomberg”in milyarderlər indeksinə görə, Jeff Bezosun xalis sərvəti 102,8 milyard dollara qədər azalıb.

"Business Insider”də dərc olunan hesabata görə, Jeff Bezosun sərvəti Bill Qeytsin sərvətindən 5 milyard dollar azalıb.

Qeyd edək ki, "Bloomberg"in milyarderlər indeksi hər ticarət gününün sonunda yenilənir./publika.az

Xəbər lenti