Xəzər Xəbər

Ələkbərovdan neft proqnozu: 60 dollar...

İqtisadiyyat | 13:48 • 24 Oktyabr 2019
Ələkbərovdan neft proqnozu:

Orta müddətli perspektivdə neftin qiyməti 60 dollar olaraq qalacaq.

Bunu TASS-a müsahibəsində "Lukoyl” rəhbəri Vahid Ələkbərov deyib.

"Hesab edirik ki, bazar bu gün stabildir. Yaxın illərdə bazar bizim bu il üçün proqnozlaşdırdığımız göstəriciləri nümayiş etdirəcək. Bu isə təxminən 60 dollar deməkdir”, – deyə o bildirib.

Ələkbərov, həmçinin, yenidən "OPEK+” çərçivəsində neft hasilatı ixtisarının artırılmasına qarşı çıxıb./axar.az

Xəbər lenti