Xəzər Xəbər

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

İqtisadiyyat | 11:09 • 4 Oktyabr 2019
Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.


Dövlət Gömrük Komitəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan ölkəmizə "Mercedes-Benz” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən şifahi, elektron və yazılı bəyannamə təqdim etməyib. Nəqliyyat vasitəsinə gömrük baxışı zamanı minik maşınının ön sağ təkərinin üzərindəki qanadın içərisində olan zavod konstruksiyasındakı yük yerinin daxilində - yanacaq çəni ilə oturacağın arasında və mühərrik olan hissədəki boşluqlardan gömrük nəzarətindən gizlədilən 3800 ədəd "Parliament super slim” markalı siqaret aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti