Xəzər Xəbər

Binəqədidə avtomobil qaz xəttini qırıb, abonentlərin qaz təchizatı dayandırılıb

İqtisadiyyat | 10:10 • 4 Oktyabr 2019
Binəqədidə avtomobil qaz xəttini qırıb, abonentlərin qaz təchizatı dayandırılıb

Bakının Binəqədi rayonunda avtomobil qaz xəttini qırıb, abonentlərin qaz təchizatı dayandırılıb.


"Azəriqaz” İstehsalat Birliyindən xezerxeber.az-a verilən məlumata görə, dünən gecə saatlarında "Azəriqaz”ın 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü mədən "korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub. Hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığı və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.


Xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

Xəbər lenti