Xəzər Xəbər

Bakıda işçilərin əməkhaqqı 3,7 faiz artdı

İqtisadiyyat | 10:23 • 26 Sentyabr 2019
Bakıda işçilərin əməkhaqqı 3,7 faiz artdı

2019-cu yanvar-iyul aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,7 faiz artaraq 819,4 manat olub.

Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Xəbər lenti