Xəzər Xəbər

Küləkli hava şəraiti ilə bağlı sərnişinlərə XƏBƏRDARLIQ

İqtisadiyyat | 12:18 • 21 Sentyabr 2019
Küləkli hava şəraiti ilə bağlı sərnişinlərə

Bakı Nəqliyyat Agentliyi (BNA) küləkli hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib.


Bu barədə xezerxeber.az-a BNA-dan bildirilib. 


Agentlik bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir:


"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər. Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat

infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik".

Xəbər lenti