Xəzər Xəbər

Bir neçə yaşayış məntəqəsinin təbii qaz təchizatı dayandırılıb

İqtisadiyyat | 11:56 • 20 Sentyabr 2019
Bir neçə yaşayış məntəqəsinin təbii qaz təchizatı dayandırılıb

Payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı Sumqayıt şəhərinin bir hissəsini təbii qazla təmin edən diametri 530 millimetrlik orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə başlanılıb. Saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərində bir qrup abonentin qaz təchizatında fasilə olacaq. Bundan başqa, "Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə də quraşdırma işləri görüləcək. Saat 09:00-dan 18:00-dək Neftçala rayonunun bir neçə kəndində, saat 10:00-dan isə İsmayıllı rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.



Xəbər lenti