Xəzər Xəbər

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

İqtisadiyyat | 13:10 • 7 Sentyabr 2019
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.


Bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 6 ədəd azalaraq 898 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 150 ədəd azalıb.


Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 7 ədəd geriləyərək 738 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 122 ədəd azalma qeydə alınıb.


Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd azalaraq 160 olub. Keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 26 ədəd geriləyib.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Xəbər lenti