Xəzər Xəbər

Bakıda işçilərin orta aylıq əməkhaqqı 816,8 manat olub

İqtisadiyyat | 15:57 • 29 Avqust 2019
Bakıda işçilərin orta aylıq əməkhaqqı 816,8 manat olub

Bu ilin yanvar-iyun aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,5 faiz artaraq 816,8 manat olub.


Xezerxeber.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Xəbər lenti