Xəzər Xəbər

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən limonad sexi aşkarlanıb - FOTO

İqtisadiyyat | 11:45 • 22 İyul 2019
Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən limonad sexi aşkarlanıb -

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər zamanı Agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı sexlərinə baxış keçirilib.


AQTA-dan xezerxeber.az-a verilən məlumata görə, baxış zamanı fiziki şəxs Mustafayev Mübariz Müşfiq oğluna məxsus sexdə texniki reqlamentlərin və və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.


"Gülazar” əmtəə nişanlı limonad istehsal olunan sexdə istehsal məqsədilə istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib. Qablaşdırmada istifadə olunan şüşə qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyulduğu müəyyən edilib.


İstehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.


Faktla bağlı araşdırmalar davam edir.

Xəbər lenti