Xəzər Xəbər

Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 26% artıb

İqtisadiyyat | 13:26 • 22 İyul 2019
Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 26% artıb

Bu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8% artaraq 2 540,9 min nəfər olub.


Xezerxeber.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə vətəndaşlarının 39,1%-i İrana, 27,1%-i Gürcüstana, 18,1%-i Rusiyaya, 10,2%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 65,7%-ni kişilər, 34,3%-ni qadınlar təşkil edib.


Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4%, Gürcüstana gedənlərin sayı 11,3%, Rusiyaya gedənlərin sayı 7,3%, Türkiyəyə gedənlərin sayı isə 1,4% artıb.


Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83,4%-i dəmir yolu və avtomobil, 15,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

Xəbər lenti