Xəzər Xəbər

Bu il Azərbaycan Gürüstandan 9 minə yaxın avtomobil alıb

İqtisadiyyat | 14:26 • 19 İyul 2019
Bu il Azərbaycan Gürüstandan 9 minə yaxın avtomobil alıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 8 737 ədəd avtomobil ixrac olunub.


Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.


Hesabat dövründə qonşu ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 94 mln. 200,1 min dollar təşkil edib.


İllik müqayisədə Gürcüstandan Azərbaycana ixrac olunmuş avtomobillərin sayı 5 014 ədə və ya 2,3 dəfə çoxdur.


Ötən ilin analoji dövründə Azərbaycan Gürcüstandan 68 mln. 861,6 min dollar dəyərində 3 723 ədəd avtomobil idxal edib.

Xəbər lenti