Xəzər Xəbər

FAO: Azərbaycan qoyun ətinin istehsalı üzrə dünyada 28-ci, qoyunları sayına görə isə 41-cidir

İqtisadiyyat | 11:17 • 18 İyul 2019
FAO: Azərbaycan qoyun ətinin istehsalı üzrə dünyada 28-ci, qoyunları sayına görə isə 41-cidir

Azərbaycan qoyun ətinin istehsalı üzrə dünya ölkələri arasında 28-ci yerdə qərarlaşıb.


Bu barədə Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərəfdaşlıq və əlaqələr üzrə nümayəndəliyin rəhbəri Melek Çakmak bildirib.


Onun sözlərinə görə, 2017-ci ildə ölkədə 79 min ton qoyun əti istehsal edilib. Ölkədə 8 mln. baş quyun olduğu qeydə alınıb (2007-ci ildə bu göstərici 7 mln təşkil edib). Dünya üzrə bu göstərici 1,2 mlrd-dan artıq olub ki, bu da 8,5%-lik artım deməkdir. Azərbaycan qoyun sayı üzrə dünyada 41-ci yer tutur.


M. Çakmakın sözlərinə görə, Azərbaycanda qoyunçuluğun inkişafına təsir göstərən əsas mənfi amillərdən biri otlaqların azalmasıdır. Bundan başqa, bu sahədə tələb və təklif arasında boşluq mövcuddur. (APA)

Xəbər lenti