Xəzər Xəbər

Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb - FOTO

İqtisadiyyat | 17:46 • 17 İyul 2019
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb -

Qida Təhlükəsizliyi Agentliyinə Ağdaş rayonunun Xosrov kənd sakini Orucov Yusif Haqverdi oğluna məxsus alkoqolsuz içkilər istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilməməsi barədə müraciət daxil olub. Daxil olan müraciət əsasında müəssisəyə baxış keçirilib.


Agentlikdən verilən məlumata görə, baxış zamanı şikayət öz təsdiqini tapıb.


İlkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, alkoqolsuz içkilər istehsalı müəssisəsində istifadə edilən suyun mikrobioloji təmizlənməsi üçün tədbirlərin görülmədiyi, dövri müayinəsinin aparılmadığı, həmçinin istehsal sahəsindəki su axarlarının üzərinin örtülmədiyi aşkar edilib.


Bundan başqa, içkilərin istehsalında natrium benzoat (E211) konservantından, müxtəlif rəngləyici, dad və aromat gücləndiriciləri qatqılardan istifadə olunmasına baxmayaraq, etiketdə bu barədə heç bir məlumatın qeyd olunmadığı, qablaşdırmada istifadə olunan plastik butulkalar və qapaqların isə dezinfeksiya edilmədiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.


Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Araşdırmalar davam edir.

Xəbər lenti

Çox oxunanlar