Xəzər Xəbər

Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 1,1 milyard dollar artıb

İqtisadiyyat | 14:14 • 16 İyul 2019
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 1,1 milyard dollar artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 5 milyard 319 milyon 766 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.


Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 170 milyon 909 min dollar çoxdur.


Altı ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 162 milyon 292 min dollar olub.

Xəbər lenti