Xəzər Xəbər

Vergi bəyannamələrinin təqdim edilməsinin sonuncu günü iyulun 22-dir

İqtisadiyyat | 12:35 • 15 İyul 2019
Vergi bəyannamələrinin təqdim edilməsinin sonuncu günü iyulun 22-dir

Vergiödəyicilər bu ilin iyun ayına görə, ƏDV, aksiz, yol və mədən vergisi bəyannamələrini iyulun 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, təqdim olunmuş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənməlidir.

İyulun 20-si qeyri-iş gününə düşdüyü üçün bu ay üzrə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsinin sonuncu günü iyulun 22-dir.

Xəbər lenti