Xəzər Xəbər

İndiyədək 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib

İqtisadiyyat | 16:51 • 13 İyul 2019
İndiyədək 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib

Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına indiyədək investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.


Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.


ASK prezidenti qeyd edib ki, ilin əvvəlindən bu günədək 463 sahibkara ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 1800-dək iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 75 faizi regionların payına düşür.

Xəbər lenti

Çox oxunanlar