Xəzər Xəbər

Sığortaçılar üçün attestasiya keçiriləcək

İqtisadiyyat | 16:42 • 13 İyul 2019
Sığortaçılar üçün attestasiya keçiriləcək

Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər üçün attestasiya keçiriləcək.


Maliyyə Bazarlarına Nəzarət Palatasından xezerxeber.az-a bildirilib ki, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən, sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və aktuari şəhadətnaməsi almaq istəyən şəxslər attestasiyaya dəvət olunublar. İyulun 15-18-də keçiriləcək attestasiyada 1 rəhbər şəxs, 3 aktuari iştirak edəcək.


Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Xəbər lenti