Xəzər Xəbər

Bəyan edilməyən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

İqtisadiyyat | 11:38 • 12 İyul 2019
Bəyan edilməyən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Gömrük nəzarətinə bəyan edilməyən siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən xezerxeber.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 200” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı "Cek” ləqəbli kinoloji xidməti itinin reaksiyası nəticəsində avtomobilin arxa oturacağının arxa tərəfindən "Marlboro” markalı 2200 ədəd siqaret aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti