Xəzər Xəbər

Tədqiqatçılar: Vesta asteroidi qədimdə güclü toqquşmaya məruz qalıb

İqtisadiyyat | 12:30 • 10 İyul 2019
Tədqiqatçılar: Vesta asteroidi qədimdə güclü toqquşmaya məruz qalıb

Tədqiqatçılar Vesta asteroidinin qədimdə güclü toqquşmaya məruz qaldığını düşünürlər.


Mars və Yupiter orbitləri arasında yerləşən asteroid qurşağı özündə planetlərin formalaşması prosesinin tarixini qoruyur. Bu qurşağın ikinci ən böyük asteroidi olan Vesta tədqiqatçılara planetlərin formalaşmasını və təbiətini öyrənməyə geniş imkanlar verir. Xüsusi olaraq Vesta Yerə oxşar olaraq öz qabığını, mantiyasını və metal nüvəsini qoruyub. NASA–nın DAWN missiyasının köməyi ilə ətraflı xəritələrin qurulması cənub qütbün yaxınlığında Vestanın qabığının qeyri-adi böyük qalınlığa malik olduğunu göstərib.


AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası https://www.astronews.ru saytına istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, yeni bir araşdırmada, Avstraliyanın Makkuori Universitetindən doktor Yi-Yen Layın rəhbərlik etdiyi bir qrup alim Vestanın formalaşmasının böyük bir toqquşma ssenarisini təklif edirlər. Bu ssenari bir sinif meteoritləri təmsil edən mezosideritlərdə aşkarlanan sirkon kristallarının yaşının dəqiq təyin edilməsinə əsaslanır.


Tədqiqatçılar radioizotop analizdən (uran-qurğuşun tanınması) istifadə edərək iyirmiyə qədər sirkon kristalının yaşını təyin ediblər. Aparılan analizlərin nəticələri göstərib ki, Vestanın ilk qabığının əmələ gəlməsi 4558,5 milyon il öncə baş verib. Orada metal və silikatların sürüşməsi isə 4525,9 milyon il əvvəl baş verib və "sürüşən” kosmik toqquşma ilə bağlı olub.


Bu iki yeniliyi izah etmək üçün tədqiqatçlar "sürüşən” kosmik toqquşma modelini təklif ediblər. Bu modelə əsasən Vestanın qabığı, mantiya və nüvəsində materialların diferensasiyası baş verdikdən sonra ölçülərinin onda biri qədər olan digər asteroid onunla toqquşaraq cənub yarım kürəsinə ciddi zərər yetirib. Bu toqquşmanın qəlpələri materialın bütün üç qatını keçərək asteroidin cənub yarımkürəsinə çata bilib, Vestanın bu səthində qabığın qalınlığının artmasına səbəb olub. Bu model, həmçinin Vestanın xarakterik formasını və Vestanın qalıqları olan meteoritlərdə qurğuşun manti mineralının çatışmazlığını izah edir.


Tədqiqat bu il iyunun 11-də "Nature Geoscience” jurnalında dərc olunub.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:16 • 15 Aprel 2024
Azərbaycan neftinin qiyməti 93 dollara
Azərbaycan neftinin qiyməti 93 dollara ÇATDI
10:47 • 12 Aprel 2024
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
11:30 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
10:35 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
11:00 • 10 Aprel 2024

Xəbər lenti