Xəzər Xəbər

Nazirlik rəsmisi: Elektron ticarətdə dövriyyələr artır

İqtisadiyyat | 16:59 • 8 İyul 2019
Nazirlik rəsmisi: Elektron ticarətdə dövriyyələr artır

Qlobal iqtisadiyyatda rəqəmsal iqtisadiyyatın payı günü-gündən artmaqdadır. Son illər Azərbaycanda da elektron ticarətdə dövriyyələrin artdığı müşahidə olunur.


Xezerxeber.az xəbər verir ki, Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov rəqəmsal iqtisadiyyatın ümumi iqtisadiyyatda payının artdığı nəzərə alınaraq həm rezident vergiödəyicilərinə, həm də qeyri-rezident şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində elektron ticarət formasında təqdim olunan iş və xidmətlərə görə vergilərin hesablandığını deyib.


"Burada rezident fiziki şəxslərə və ya hüquqi şəxslərə münasibətdə elektron ticarət həyata keçirilərkən verginin tutulması, qeyri-rezident şəxslərə münasibətdə vergidən azadolunma, təbii ki, müəyyən diskriminasiyaya gətirib çıxara bilər. Bununla bağlı vergi qanunvericiliyinə dəyişikliklər edilib və bu dəyişikliklərə müvafiq olaraq bəyannamələrdə müəyyən təkmilləşdirmə aparılıb. Artıq rezidentlərdə elektron ticarət üzrə dövriyyələr vergiödəyiciləri tərəfindən müəyyən olunur. Qeyri-rezident


vergiödəyicilərində isə ödəniş həyata keçirilərkən mənbədə verginin tutulub dövlət büdcəsinə ödənilməsi tələb olunur", - deyə baş direktor qeyd edib.


Bildirib ki, son 2 il üzrə aparılmış təhlillərə əsasən, elektron ticarətdə dövriyyə əhəmiyyətli şəkildə artıb. Artıq bu sahədəki irəliləyiş dövriyyədən yaranan vergilər üzrə daxilolmalarda da özünü göstərir.

Xəbər lenti

Çox oxunanlar