Xəzər Xəbər

Gömrük Komitəsi iyunda dövlət büdcəsinə 331,6 milyon manatdan çox vəsait köçürüb

İqtisadiyyat | 11:58 • 8 İyul 2019
Gömrük Komitəsi iyunda dövlət büdcəsinə 331,6 milyon manatdan çox vəsait köçürüb

Cari ilin iyununda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 331 milyon 663 min manat olub.


Komitədən bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 80 milyon 19 min manat, əlavə dəyər vergisi üzrə 227 milyon 727 min manat, aksizlər üzrə 20 milyon 593 min manat, yol vergisi üzrə isə 3 milyon 323 min manat təşkil edib.

Xəbər lenti