Xəzər Xəbər

Bu marketlərdə yeni kassa aparatları quraşdırılır - SİYAHI

İqtisadiyyat | 13:45 • 5 İyul 2019
Bu marketlərdə yeni kassa aparatları quraşdırılır - SİYAHI

Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələrində yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıb.

Vergilər Nazirliyinin məlumatınagörə, bu aparatlar ilkin mərhələdə yanacaqdoldurma məntəqələrində və şəbəkə sistemli marketlərdə - "Bravo Supermarket”, "Bazarstore Supermarket”, "Al Market”, "Bizim Market”, "OBA Market”, "Araz Supermarket”, "Spar Supermarket”, "FAVORİT Supermarket”, "Neptun Market”, "Grand Mart”, "Avromart”, "Market FR”, "Səbət Market”, "Fresco Supermarket”, "Bolmart Supermaket”, "Port Baku Bazar”, "Megastore Market”, "Rahat Market”, "Kontinental Supermarket”, "West Mart”, "AİLƏ Supermarket”, "Sərham Market”, ”Caspian Cristal Gastranomy”, "Armo Store Market” mağazalar şəbəkələrində quraşdırılır.

Bu kassaların quraşdırılmasından imtina edilməsi, quraşdırılmasından sonra kassalardan istifadə olunmaması və yaxud nağd hesablaşma qaydalarının pozulması halları vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.

Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradacaq.

Hazırda Bakıdairi marketlər şəbəkəsində sistemin işə düşməsi üçün proqram təminatlarının nazirliyininformasiya sistemi ilə inteqrasiya edilməsi üzrə işlərinyekunlaşdırılması prosesi gedir.

Xəbər lenti