Xəzər Xəbər

"Bakı Metropoliteni" maliyyə hesabatını açıqladı – 427 milyon zərər

İqtisadiyyat | 15:49 • 28 İyun 2019
"Bakı Metropoliteni" maliyyə hesabatını açıqladı – 427 milyon zərər

"Bakı Metropoliteni" QSC-nin yığılmış zərəri 14,8% artaraq 426,610 milyon manat təşkil edib

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti illik maliyyə hesabatını açıqlayıb. "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, qurumun cəmi aktivləri bu il yanvarın 1-nə 2 409,498 milyon manat təşkil edib. Ötən ilin qeyd olunan dövrü ilə müqayisədə isə bu rəqəm 4,8% çoxdur.

2018-ci ildə "Bakı Metropoliteni"nin cəmi öhdəlikləri 0,7% artaraq 57,051 milyon manat, cəmi kapitalı isə 4,9% artaraq 2 352,446 milyon manat təşkil edib. Nizamnamə kapitalı isə 6,3% artaraq 2 779,056 milyon manat olub.

Bundan başqa "Bakı Metropoliteni"nin zərər və mənfəətləri ilə bağlı da məlumat açıqlanıb. Qeyd olunub ki, 2018-ci ildə nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 54,186 milyon manat (2017-ci ilə nisbətən 22,25% çox), dövlət büdcəsindən aldığı subsidiya 48,8 milyon manat (8,45% çox), sair əməliyyat gəlirləri 5,763 milyon manat (8,25% çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,643 milyon manat (8,8% çox), istifadə etdiyi neft məhsullarının dəyəri 467 min manat (12% çox) olub. Eyni zamanda "Bakı Metropoliteni" ASC-nin istifadə etdiyi elektrik enerjisinin dəyəri 11,408 milyon manat (0,2% az), istifadə etdiyi qazın dəyəri 225 min manat (8,7% çox), istifadə etdiyi suyun dəyəri 4,117 milyon manat (1% az), işçi heyəti üzrə xərcləri 44,195 milyon manat (7,45% çox), torpaq, tikinti və avadanlıq üzrə amortizasiya xərcləri 85,144 milyon manat (4,65% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 123 min manat (22,15% az), tikinti və avadanlığın qalıq dəyəri 833 min manat (10,7% az), digər xərcləri 6,857 milyon manat (11,7% çox), sair əməliyyat xərcləri isə 3,609 milyon manat (24,6% az) təşkil edib.

Hesabatın nəticələrinə görə, "Bakı Metropoliteni" QSC 2018-ci ili 54,871 milyon manat zərərlə başa vurub. Bu rəqəm isə öncəki illə müqayisədə 11,75% azdır. Ümumilikdə isə qurumun yığılmış zərəri 14,8% artaraq 426,610 milyon manat təşkil edib.

Xəbər lenti