Xəzər Xəbər

KOBİA təhsil sektoruna dəstək göstərəcək

İqtisadiyyat | 16:17 • 21 İyun 2019
KOBİA təhsil sektoruna dəstək göstərəcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil sektorunun inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Bunu Agentliyin İdarə heyətinin sədri Orxan Məmmədov "Təhsil biznes forumu – cari vəziyyət və perspektivklər” forumunda deyib.

O qeyd edib ki, təhsil sektorunda kiçik və orta biznesin (KOB) dəstəklənməsinin model və mexanizmləri hazırlanır.

O.Məmmədovun sözlərinə görə, Agentlik tədris müəssisələri ilə əməkdaşlıqda maraqlıdır və yeni təkliflərə açıqdır.

Agentlik rəsmisi əlavə edib ki, hazırda "KOB kadr bankı” məlumat mərkəzinin yaradılması işləri aparılır. Bu məlumat mərkəzində müxtəlif istiqamətlər üzrə mütəxəssislər barədə məlumatlar yerləşdiriləcək.

Xəbər lenti