Xəzər Xəbər

Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var

İqtisadiyyat | 21:20 • 13 İyun 2019
Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var

Cari il iyunun 1-nə olan məlumata əsasən, Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 367,1 milyon ABŞ dolları təşkil edib. Bu da əvvəlki ayla müqayisədə 8,5 milyon dollar azdır.


Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında deyilir.


Bildirilir ki, dövlət borcunun 5 milyard 201,8 milyon dolları hökumətin payına düşür.


Hesabatda Gürcüstanın xarici dövlətlərə borcu da yer alıb. Məlumata görə, iyunun 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7,43 milyon dollar təşkil edib. Gürcüstanın ən çox borcu Almaniyayadır (317,9 milyon dollar).

Xəbər lenti