Xəzər Xəbər

Nazirlikdə islahatların sürətləndirilməsinə dair iclas keçirilib

İqtisadiyyat | 14:29 • 8 İyun 2019
Nazirlikdə islahatların sürətləndirilməsinə dair iclas keçirilib

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib.


Nazirlikdən bildirilib ki, iclasda Energetika Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2019-cu il 29 may tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasına dair müzakirələr aparılıb.


Həmin Sərəncamın energetika sektorunun hərtərəfli və müasir tələblərə uyğun inkişafı üçün zəmin yaratdığını deyən P.Şahbazov bildirib ki, bu sahədə islahatların aparılması üçün təkliflərin verilməsinin Energetika Nazirliyinə həvalə edilməsi ilə naziriliyin üzərinə böyük məsuliyyət düşür: "Sərəncamda elektroenergetika, bərpaolunan enerji, qaz, istilik təchizatı sahələri, səmərəlilik, o cümlədən "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası” və müvafiq qanun layihələri üzrə təkliflərin hazırlanması üçün konkret müddətlər nəzərdə tutulub. Beynəlxalq təcrübə nəzərə alınmaqla bu işlərin vaxtında yerinə yetirilməsi üçün bütün istiqamətlər üzrə qısa müddətdə işçi qrupları yaradılmalı, konkret vəzifələr müəyyənləşidirilməli və Tədbirlər Planı qəbul edilməlidir”, - deyə nazir əlavə edib.


İclasda Sərəncamdan irəli gələn vəzifələr üzrə kollegiya üzvlərinin təklifləri dinlənilib, nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.


Yekunda "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamından irəli gələn tapşırıqların icrasına dair Tədbirlər Planının hazırlanmasına və işçi qruplarının yaradılmasına qərar verilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti