Paytaxtın Babək prospekti, 56 ünvanında (maşın bazarının yaxınlığı) yolun altından keçən və "Azərsu” ASC-nə məxsus su xəttində qəza baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildirilib ki, qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.
Sürücülərdən həmin ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.